Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Bizi istisna etməyin” ictimai birliyinin sədri Satik Xlğatyan məlumat verib.
Ötən ay, Qarabağ müharibəsi başlayandan bu günə qədər ölən erməni hərbi qulluqçuların ailələri hökumətin bu ailələlərə diqqət yetirməli olduğuna dair tələb səsləndirib.
Yəni, “1 Mart” hadisələri zamanı ölən şəxslərə kompensasiya verildiyi kimi onlara da 30 milyon dram ödənilməlidir.
Əvvəlki hökumət iclasından əvvəl Paşinyan onlardan bir neçəsini qəbul edib, bundan sonra öz köməkçisinə tapşırıq verib ki, ölmüş hərbi qulluqçuların ailələri Paşinyanın köməkçisi ilə məsələni müzakirə etsin.
“Nəticələr bazar ertəsi bəlli olacaq, bazar ertəsi şuramızın iclası baş tutacaq, məsələni müzakirə etməliyik, bundan sonra hər kəsə məlumat verəcəyik. Lakin bildiyim qədəri ilə, görüş zamanı ümumi razılıq əldə olunmayıb. Şura iclasında anlayacağıq ki, gələcəkdə nə etməliyik, hazırda yalnız bu qədər deyə bilərəm”,- deyə Satik Xlğatyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az