ABŞ QQ daha yüngül bədən zirehini sınaqdan keçirəcək

2019/10/marin-1571653465.jpg
Oxunub: 3791     17:02     21 Oktyabr 2019    
ABŞ Quru Qoşunları daha yüngül ağırlıqda bədən zirehləri dəstlərinin sınağına başlamağı planlaşdırır. Plana görə bütöv müdafiə sisteminin sınağı isə bu ilin payızında keçiriləcək.

Tüfəng mərmilərinə qarşı effektivliyin artırılması məqsədilə sərt lövhələr əlavə edilmiş yeni bədən zirehi “Həyati Bədəni Müdafiə” (“Vital Torso Protection”) sistemi kimi tanınır.

Sistemdə bədən, baş və gözlərin müdafiəsi üçün hissələr mövcuddur. Sonuncuya günəş gözlükləri üçün ötürücü linzalar da nəzərdə tutulub.

Pentaqonun Əsgərlər üçün Proqram İcraçı İdarənin rəhbəri olan briqada generalı Antoni Pottsun sözlərinə görə, istehsalçılarla birlikdə aparılan böyük çalışmalar nəticəsində sistemin ağırlığı 30%-ə qədər azaldılıb.

Daha öncəki bədən zirehlərində istifadə edilən bütün növ lövhələr yeni sistemdə istifadə üçün uyğunlaşdırılıb. Onun əvvəlki zirehli gödəkçədən 2,3 kiloqrama qədər yüngül olduğu bildirilir. Sistemə ümumilikdə təkmilləşdirilmiş xarici taktiki gödəkçə, yüngül zireh paneli, dörd ədəd ballistik lövhə əlavəsi, yaxa və qasıq qoruyucu daxildir və onun ümumi çəkisi 13,6 kiloqramdır.

Potts bildirib ki, bu sistemlərlə ilk təchiz olunacaq bölmə Əfqanıstana yerləşdirilmiş Təhlükəsizlik Qüvvələrinə Yardım Briqadası olacaq.

Xatırladaq ki, həmin bölmələr ötən il də ən yeni dəbilqələr olan Birləşdirilmiş Baş Qoruyucu Sistemlə təchiz olunublar. Cəmi 1,4 kiloqrama yaxın çəkiyə malik olmasına baxmayaraq, bu dəbilqələr 15% daha inamlı müdafiə təmin edə bilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   QQ   Bədən-zirehi  


Bizi "telegram"da izləyin