İŞİD terrorçuları silah istehsalına necə nail ola bildi?

2019/10/unnam-1571653268.jpg
Oxunub: 5635     16:30     21 Oktyabr 2019    
Silah innovasiyası üçün xüsusilə əhəmiyyətli olan ayrı-ayrı faktorlar var. Məsələn yeni silahların innovativləşdirilməsi və onların döyüş meydanında tətbiqi üçün tələb olunan biliyə sahib və ixtisaslı fərdlər lazımdır. Özünü xilafət elan etmiş İŞİD terror qruplaşmasının qısamüddətli mövcudluğu ərzində o, ekstensiv silahlar proqramı hazırladı. Terrorçular silahları yeniləmək və daha sonra istehsalını həyata keçirmək üçün tədqiqat və təkmilləşdirmə işləri həyata keçirdilər. Tutduqları ərazilərin itirilməsi onların silah istehsal xəttini eyni tempdə saxlama imkanlarını məhdudlaşdırsa da, onların yaratdığı silah innovasiyalarının digər terrorçu qruplara yayıla biləcəyi ilə bağlı narahatlıqlar hələ də qalmaqdadır.

Öz silah proqramını həyata keçirmək üçün İŞİD Hərbi İstehsalat və İnkişaf Komitəsi (HİİK) formalaşdırdı. O, İŞİD-in İraq və Suriya ərazilərində yaratdığı müxtəlif vilayətlərdə fəaliyyət göstərirdi. Yüksək dərəcədə bürokratikləşmiş bu təşkilat İŞİD-in silah proqramlarının bütün aspektlərinə nəzarət edirdi və bu qədər geniş miqyasda silah tədqiqatı, təkmilləşdirmə və istehsalı layihələrinin açarı idi.

HİİK altında görülən işlərin əsas məqsədi mövcud silahların inkişafı və yenilərinin təkmilləşdirilməsi idi. Potensial silahlar standart dizayn verilməzdən və kütləvi istehsalına başlanmazdan əvvəl sınaqdan keçirilə bilirdi. Tək bir silahın yaradılması üçün belə bəzən emalatxana və təsisatlar şəbəkəsi istifadə olunur, onların hər biri istehsalatın, yığılmanın ayrı-ayrı mərhələlərinə nəzarət edirdi.

Bu prosesdə ciddi keyfiyyətə nəzarət var idi. Yəni silahlar İŞİD tərəfindən müəyyən edilmiş yüksək standartların tələblərini qarşılmalı idi. İstehsalat təsisatları HİİK-yə silahların istehsalındakı informasiyanın detalları ilə bağlı hesabat verməli idi. Bu zaman keyfiyyətə nəzarət sınaqlarında uğursuz olduğundan istehsalata buraxılmayan silahlarla bağlı da hesabatlar hazırlanırdı. Bu proses İŞİD-ə müxtəlif növ standartlaşdırılmış silahların istehsalı üçün imkan verirdi.

Komplekslik, innovativlik və hər bir silahın nə qədər yerli olması xeyli dərəcədə fərqlənirdi. Minaatanlar və minaatan mərmiləri digər silahlar qədər innovativ olmasa da, demək olar ki, tamamilə yerli idi və geniş miqyasda kütləvi istehsal edilirdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Terror  


Bizi "telegram"da izləyin