Ermənistanın hazırkı hakimiyyəti gələcək siyasi rəqabətdə onu ciddi rəqib kimi görür.
Məlumata görə, Vanetsyanın uzaqlaşmasından sonra artıq müəyyən addımlar atılıb. Ermənistan Dövlət Gəlirlər Komitəsi Vanetsyanın atasına aid olan iki təşkilata daxil olub və yoxlamalar aparıb. Lakin, heç nə tapmayıb.
Növbəti məlumatlara görə, Ermənistan Dövlət Nəzarət Xidməti maliyyə-iqtisadi sektoru yoxlamaq üçün Milli Təhlükəsizlik Xidmətinə daxil olub. 20 milyarddan çox büdcə xərclərində 95 min dramın uyğunsuzluğu aşkar edilib və ictimailəşdirilib-ictimailəşdirilməməsi düşünülür. Bundan başqa, Vanetsyanın təyinatından sonrakı müddət ərizində Ermənistan Futbol Federasiyasının fəaliyyəti də yoxlanılır.
Vazgen Sarkisyan adına Respublika Stadionu yaxınlığında yerləşən topdansatış gül bazarı işçilərinin 6-cı polis bölməsinə aparılması və zorla ifadə alınması da bu məqsədə ünvanlanıb. Yeri gəlmişkən, həmin insanlar xəstəxanaya müraciət ediblər və xəsarətlərlə bağlı tibbi arayış alıblar. Əlbəttə, həbs olunanların bir hissəsi qorxur, etiraz etmir, lakin bir neçə nəfər şəxs polisin fəaliyyətlərindən şikayət edərək artıq vəkil vasitəsilə Ermənistan Xüsusi İstintaq Xidmətinə müraciət edib.
Alpər Mövludoğlu
Ordu.az