ABŞ Suriyanın şimal-şərqindəki 1000-ə yaxın əsgərinin çıxarılması haqqında qərar verib.
Pentaqon rəhbəri Mark Esper bildirib ki, bölgədə ABŞ qoşunları olmayacaq.
“Təhlükəsiz zonanın mühafizə edilməsində ABŞ qoşunları iştirak etməyəcək. Amma biz həm Türkiyə, həm də kürdlərlə əlaqədə olacayıq”, - deyə o qeyd edib.
Bununla birlikdə, ABŞ qüvvələri ərazidə hava kəşfiyyatı aparacaqlar. Bunun əsas məqsədi İŞİD terrorçularını saxlayan həbsxanalara nəzarət etməkdir.
Sevinc Əliyeva
Ordu.az