Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət müstəqilliyi günü qeyd edilib - FOTOLAR

2019/10/b646f-1571421765.jpg
Oxunub: 587     21:50     18 Oktyabr 2019    
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə müharibə veteranları, ictimaiyyət nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni ifa edilib.

Polkovnik Müslüm Nəsirov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək müstəqillik yolunda Ulu Öndərin əvəzsiz fəaliyyətindən danışıb, bu günün tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin sonunda hərbi vətənpərvərlik mövzusunda Xalq artisti Azərinin ifa etdiyi mahnılar və liseyin kursantlarının səsləndirdiyi şeirlər alqışlarla qarşılanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ordu  

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Dövlət müstəqilliyi günü qeyd edilib - FOTOLAR

2019/10/b646f-1571421765.jpg
Oxunub: 588     21:50     18 Oktyabr 2019    