Erməni QHT rəhbəri: “Bu gün ölmüş hərbi qulluqçuların ailələri nəzərə alınmır”

2019/10/mhm01-1571395328.jpg
Oxunub: 1520     17:58     18 Oktyabr 2019    
“Ölmüş hərbi qulluqçunun anası “ölə bilərəm, qoy mənə müəyyən qədər pul versinlər, yeganə oğlum ölüb, heç olmasa sabah, o biri gün bu məbləği qonşum alsın ki, məni layiqli dəfn etsinlər” deyirsə, bu, təhqirdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Bizi istisna qoymayın” ictimai təşkilatının sədri Satik Xlğatyan bildirib.

O, ölmüş hərbi qulluqçuların analarının Paşinyanla görüşünü xatırladıb.

“4 ay əvvəl çıxmırdıq, burada dayanmırdıq, lakin Baş nazir bildirdi ki, 25 faiz artımımız, 6 min işçimiz və s. var. Yəni, mən niyə kölgədə qalmalıyam? Mən demirəm ki, niyə “1 Mart” hadisələri qurbanlarının ailələrinə pul verirsiniz, yaxşı edib verirlər, lakin bu, kompensasiya olunmur. Sənin oğlunun qiyməti yoxdur, bu, dəstək məsələsidir. Bir ailə 30 min dramla yaşaya bilər? Üstəlik, 30 min dram da bölünür və 15 min dram olur”, - deyə Xlğatyan bildirib.

Ölmüş hərbi qulluqçuların analarından biri Nune Hakobyan qeyd edib ki, Paşinyan məsələni hər dəfə Qəyyumlar Şurasına aparırdı, lakin problem Qəyyumlar Şurası ilə deyildi.

“Paşinyan bizə məsələnin heç bir həllini vermədi, dedi ki, müzakirə olunacaq, qərar qəbul olunacaq və sizə məlumat veriləcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz   Ölüm  

Erməni QHT rəhbəri: “Bu gün ölmüş hərbi qulluqçuların ailələri nəzərə alınmır”

2019/10/mhm01-1571395328.jpg
Oxunub: 1521     17:58     18 Oktyabr 2019    