“Xalqımıza yaşadacağımız zəfər bayramını səbirsizliklə gözləyirik”

2019/10/6bf54-1571389002.jpg
Oxunub: 924     12:55     18 Oktyabr 2019    
Əsgər ordunun onurğa sütunudur. Bu fikir tarix boyu danılmaz fakt olaraq öz sübutunu tapıb. Öyrəndiyi hərbi bilik və döyüş vərdişləri ilə yanaşı, Vətən sevgisi, düşmənə nifrətlə bütünləşən əsgər, döyüş meydanında zəfərin qarantıdır. Silah və texnikadan istifadə etməyi bacaran, ixtisasına uyğun hərbi bilikləri öyrənən, nizam-intizamlı olan əsgər istənilən hərbi əməliyyatı uğurla yerinə yetirməyə qadirdir. Ona görə də bu gün ordumuzda döyüş hazırlığının artırılmasına ciddi diqqət yetirilir. Əsgərlərə günün nizam qaydasına uyğun olaraq atəş hazırlığından, döyüş taktikasından və digər məşğələlərdən dərslər keçirilir. Atış çalışmalarında, təlimlərdə nəzəri biliklər sınağa çəkilir, döyüş vərdişləri aşılanır. Bu gün ordumuzun bütün birləşmələrində əsgərlərin döyüş hazırlığı yüksəkdir.

Hərbi hissələrdən birində olarkən döyüş hazırlığının artırılmasına yönəlmiş məşğələlərin yüksək səviyyədə təşkil olunmasının şahidi olduq. Keçirilən "atəş hazırlığı" dərsini izlədik.

Gizir Şamo Edilov əsgərlərə avtomatın sökülüb-yığılması, təyinatı, hissə və mexanizmləri haqqında praktik məşğələ keçirdi. O, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mənimsədiyi bilikləri gənclərə həvəslə öyrədirdi. Dərsin gedişindən hiss olunurdu ki, gizir gənc olmasına baxmayaraq, seçdiyi peşənin sirlərinə dərindən yiyələnib. Dərsin sonunda həm onunla, həm də əsgərlərlə həmsöhbət olduq. Öyrəndik ki, Şamonun bu şərəfli peşəyə olan sevgisi, hərbçi olmaq istəyi məhz ailəsindən qaynaqlanır. Döyüşkən, Vətəninə, dövlətinə bağlı bir ailənin övladıdı Şamo.

O, 11 aprel 1994-cü ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilovun qardaşı oğludur. Atası Şahlar kişi də müharibə veteranıdır. Şamo əmisi Yelmar Edilovdan ağız dolusu danışır. "Uşaqlığım müharibə haqqında danışılan söhbətləri dinləməklə keçib. Əmimin qəhrəmanlıqlarını, atamın döyüş xatirələrini dinlədikcə bu peşəyə sevgim yaranıb. Təkcə ailədə deyil, elə məktəbdə və cəmiyyətdə də onun şücaətləri haqqında çox eşidirdim. Əmim və onun kimi ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimiz biz gənclərin qürur mənbəyidir. Qəhrəmanlıqları həyat yolumuza nümunədir. Sevərək seçdiyim peşəyə ürəkdən bağlıyam. Əsgərləri çətinlik çəkmədən öyrədirəm. Onlar da dərsə həvəs göstərir, deyilənləri yaxşı mənimsəyirlər. Onların dərsə olan marağı məni daha da ruhlandırır."

Gizir Ş.Edilovun məşğələni izah etməsindən, silahı hər incəliyinə kimi əsgərlərə öyrətməyə can atmasından görünür ki, işinə sevgi ilə yanaşır, mənəvi zövq alır. Sözünü davam etdirən gizir dərsin mövzusundan danışdı. O, əsgərlərə avtomatın təyinatı, hissələri, zərbə-tətik mexanizmi, sökülüb-yığılma qaydası və digər bilikləri öyrədir. Dərs prosesini müşahidə edərkən gördük ki, gənclərin hər biri fəallıq göstərir, avtomatın hissələrini əzbər bilirlər.

Məşğələnin sonunda əsgərlər Fəqan Qənbərov, Emin Kərimov, Kamil Qarayev, Elxan Məmmədov və digərləri dedilər ki, qürurluyuq və sevinirik ki, Azərbaycan Ordusunun əsgərləriyik. "Keçirilən bütün məşğələlərdə fəal iştirak edir, döyüş qabiliyyətimizi hər an artırırıq. Öyrədilənlərə diqqətlə qulaq asır, verilən tapşırıqları həvəslə yerinə yetiririk. Avtomatı sərbəst söküb-yığırıq, hissə və mexanizmlərini, onların funksiyalarını yaxşı qavramışıq. Bununla yanaşı, dəqiq nişan almağı da bacarırıq. Ordumuzun hər əsgəri kimi bizim də tək məqsədimiz hərbi biliklərə və vərdişlərə dərindən yiyələnib, düşmən işğalında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın döyüş əmrini gözləməkdir. Ona görə də hər birimiz nümunəvi xidmət edir, xalqımıza zəfər bayramı yaşadacağımız günü səbirsizliklə gözləyirik."

Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Əsgər   Qələbə  

“Xalqımıza yaşadacağımız zəfər bayramını səbirsizliklə gözləyirik”

2019/10/6bf54-1571389002.jpg
Oxunub: 925     12:55     18 Oktyabr 2019    