İranlı məhbus onun sürülərini əlindən aldığı üçün general Qriqoryanı və Ohanyanı ittiham edir

2019/10/Manve-1571303862.jpg
Oxunub: 12596     15:32     17 Oktyabr 2019    
İran vətəndaşı 51 yaşlı Safar Şamii Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, illər əvvəl Ermənistan parlamentinin deputatları, general Manvel Qriqoryan, general Seyran Ohanyan, digər bir deputat Davtyan, general Seyran Saroyanın xaç atası və general Avaq Mikayelyanın onun Üçmüədzin rayonu Araks kəndində yerləşən su təsərrüfatında təxminən 1000 baş qoyun, 100 baş inək və 300 ədəd xüsusi balıq növünü silah təhdidi ilə onun əlindən aldığını bildirib.

Bu müraciətlə Ermənistan Xarici İşlər Nazirliyində işin detalları müəyyən edilib və faktla bağlı materiallar hazırlanaraq polisə göndərilib.

Məlumatlara görə, Safar Şamii hazırda məhbus kimi “Armavir” cəzaçəkmə müəssisəsindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ohanyan   Saroyan   İran  


Bizi "telegram"da izləyin