Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq spikeri Samvel Nikoyan bildirib.
Nikoyan “1 Mart” hadisələri zamanı 10 nəfərin öldürülməsi faktının hələ də üzə çıxarılmaması məsələsi ilə bağlı bildirib ki, bu istiqamətdə kifayət qədər səy göstərilməyib.
“Hesab edirəm, nəinki üzə çıxarılmayıb, həmçinin bu istiqamətdə kifayət qədər səylər göstərilməyib, hər şey Robert Köçəryan və generalların sahəsinə köçürülüb”, - deyə o qeyd edib.
Nikoyan bu gün hər kəsin şərh verməyə, dərs verməyə, Vitali Balasanyanı təhdid etməyə çalışdığını vurğulayıb.
“Bu, absurddur. Mən Vitali Balasanyanın sözlərini şərh edə bilmərəm, çünki bizim müharibə fəlakətini havada hiss edən, təşkilatlandırmağa gedən və qələbə qazanan bir insanla işimiz var”, - deyə o bildirib.
Nikoyan “Jirayr Sefilyan “əgər dözməsələr və addımlar atsalar” deməklə nəyə işarə edirdi?” sualına cavabında qeyd edib ki, bu, açıq-aydın hərbi təhlükədir.
“Əgər adam silahla düşünürsə, silah səhifəsini necə bağlaya bilər?”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az