Ermənistanda ölmüş hərbçilərin ailə üzvləri etiraz aksiyası keçirir - VİDEO
Oxunub: 8827
12:05
17 Oktyabr 2019
"Baş nazir bizi 1000 dramlıq fonda yönəltməyə çalışırdı, ancaq bizim sualımız başqa istiqamətdədir".
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistanda qeyri-döyüş şəraitində ölmüş hərbi qulluqçuların ailə üzvləri Nikol Paşinyanla görüşüb, lakin görüşün məğzi onları qane etmədiyindən hökümət binası qarşısında etiraz aksiyasına başlamağa qərar veriblər.
Onlar bildirirlər ki, Ermənistan hökuməti "1 Mart" hadisələri qurbanlarının yaxınlarına 30 milyon dram təzminat ödəyir, lakin ölmüş əsgərlərin ailələrinə bu illər ərzində belə bir yardım göstərilməyib.
"Baş nazir bizi 1000 dramlıq fonda yönəltməyə çalışırdı, ancaq bizim sualımız başqa istiqamətdədir", - deyə onlar bildirib.
"Əsgər anası" ictimai təşkilatının sədri Marqarita Xaçatryan isə bildirib ki, onların zəngini gözləyirlər: "Bir daha dedilər ki, telefon və ya görüş vasitəsilə məsələmizlə bağlı məlumat verəcəklər".
O əlavə edib ki, hökumətdən Hərbi Qulluqçuların Sığorta Fondunun Qəyyumlar Şurasına müraciət etmək təklifi olub.
Qeyd edək ki, "Əsgər anası" ictimai təşkilatının üzvləri bundan öncə də hökumət binası qarşısında etiraz aksiyası həyata keçiriblər.