Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş kifayət qədər qızğın mübahisələrlə, biri digərinin ünvanına tənqidlərlə keçib.
Ölmüş erməni hərbi qulluqçuların anaları təzminat alan şəxslərin siyahısını genişləndirməyi, o cümlədən Qarabağ müharibəsində ölmüş hərbi qulluqçuların ailələrinin də o siyahıya daxil edilməsini tələb ediblər.
Paşinyan isə ölmüş hərbi qulluqçuların analarını ittiham etməkdən çəkinməyib: "Xatırlamıram ki, siz Serj Sarkisyanla, keçmiş Baş nazirlərlə hər hansı belə bir görüş keçirəsiniz və bu vurğularla çıxış edəsiniz. Mənim üçün bu, qəribədir. O zaman nə üçün hökumət və ya prezident qarşısında oturmağa gəlməmisiniz?".
"Əsgər" Koordinasiya Şurasının sədri Marqarita Xaçatryan Nikol Paşinyanın çıxışına bu cür cavab verib: "Çünki o zaman 30 milyon verilməmişdi. 25 ildir ordunun yanında addımlayıram, heç vaxt belə bir problemim olmayıb ki, hökumətə, parlamentə, prezidentə müraciət edim və mənim müraciətlərim cavabsız qalsın. Siz birinə 30 milyon təzminat ayıranda müəyyən problemlər ortaya çıxdı, bəs digər qurbanlar? Onlar da ermənidir, biz erməniyik".
Alpər Mövludoğlu
Ordu.az