Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə italiyalı həmkarı Sercio Mattarella ilə birgə mətbuat konfransında deyib.
PKK/YPG-nin İŞİD-lə mübarizəsində ABŞ-dan dəstək aldığı zamanlarda bölgədə daha yaxşı döyüşdüklərini vurğulayan Tramp deyib ki, hazırda PKK İŞİD-dən daha təhlükəlidir.
"Bildiyiniz kimi, kürd qüvvələrinin tərkibinə daxil olan PKK, terror təhlükəsi baxımından və bir çox digər münasibətlərdə İŞİD-dən daha pisdir. Düşünürəm ki, bu problemdir və biz, buna baxmayaraq, bu problemi çox uğurla nəzarətdə saxlayırıq", - deyə ABŞ prezidenti qeyd edib.
Tramp xüsusilə əlavə edib: "İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər və ya onlardan daha sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir: biz özümüzü elə aparırıq ki, guya kürdlər mələkdirlər".
Tramp qeyd edib ki, onlar bizim tərəfdə döyüşüblər, lakin biz buna görə onlara külli miqdarda pul vermişik.
Sevinc Əliyeva
Ordu.az