Balasanyandan tarixi etiraf: "88-ci ildə atəş açan, öldürən, yaralayan mən olmuşam"

2019/01/56756-1548847110.jpg
Oxunub: 2568     15:31     16 Oktyabr 2019    
"Mən axmaqlıqlara toxunmaq istəmirəm. Qeyd etdiyiniz adam 3 və daha çox il Ermənistan Müdafiə nazirinin müavini olub. Heç olmasa Qarabağ (qondarma qurum-red.) və Ermənistan ərazisində nə qədər hərbi hissə olduğunu desə, kifayət olacaq ki, o, öz cavabını alsın. Mən piarlarla məşğul olmuram".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun "təhlükəsizlik şurasının sabiq rəhbəri" Vitali Balasanyan jurnalistlərlə söhbəti zamanı Andranik Köçəryanın "O, piar üçün Aprel döyüşləri vaxtı cəbhə xəttinə gedib" bəyanatına toxunarkən bildirib.

Balasanyan 88-ci ilin 22 fevral məşhur, Əsgəran hadisələri haqqında da tarixi etiraflar edib: "Təşkilatçı, atəş açan, öldürən, yaralayan mən olmuşam. Ucadan deyirəm. O zaman cinayət işləri açıldı, 91-ci ilə qədər cinayət işi davam edirdi, hazırda bu işlərin surətləri Azərbaycan Baş Prokurorluğundadır. 91-ci ilə qədər etdiyimiz əməliyyatlar ona əlavə olunub. Nə üçün yox? Diversiyalar etmişik. Mənim haqqımda qiymətləndirmə verməli olan Andranik Köçəryan deyil. Hətta axtarışda olduğum üçün 88-ci ilin fevralından sonra Qarabağdan uzaqlaşsam da, olan artıq kifayət edib ki, mən tarixdə qalım. Lakin 91-94-cü illərdə edilənlər buna əlavə olunub. Andranik Köçəryandan soruşun ki, mən hansı hərbi hissədə xidmət etmişəm, hansı vəzifələri tutmuşam. O, cavab verəcək ki, problem yoxdur".

Qeyd edək ki, 1988-ci ilin fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu ilə yaşayan və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul etdilər. 1991-ci ildə DQMV erməniləri saxta referendum keçirməklə “müstəqillik”lərini elan ediblər. Bədnam məşhur iqtisadçı akademik A.Aqanbekyan və Fransa erməniləri bu məsələdə ilkin provokator rolunu oynadılar.

Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçirdilər. Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci (Əli Hacıyevi və Bəxtiyar Quliyevi) qətlə yetirdilər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin Baş Prokrorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqlədi.

İki azərbaycanlı gəncin erməni və azərbaycanlı icmalar arasındakı savaşın ilk qurbanı olması və ilk qətli ermənilərin törətməsi ilə bağlı mötəbər mənbələr az deyil. İki gəncin intiqamını almaqdan ötrü Ağdamdan Xankəndinə yürüşə gedən, daş və ağacla silahlanmış ağdamlı gənclərin qarşısını o zamankı kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova yaylığını yerə atmaqla alıb. Fevralın 22-də Dağlıq Qarabağda, Əsgəranda ermənilərin tökdüyü ilk qan 4 gün sonra Sumqayıtda onların növbəti fitnəsinə başlanğıc olub. Belə ki, ermənilər öncədən planlaşdırdıqları təxribatı həyata keçiriblər. Bir neçə sumqayıtlı erməni Ermənistandan xüsusi göndərilən ermənilər tərəfindən öldürülüb və bu faktı bütün dünyaya azərbaycanlıların erməniləri öldürməsi kimi təqdim ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Balasanyan   Cinayət   Əsgəran  

Balasanyandan tarixi etiraf: "88-ci ildə atəş açan, öldürən, yaralayan mən olmuşam"

2019/01/56756-1548847110.jpg
Oxunub: 2569     15:31     16 Oktyabr 2019    