Njdeh sağ olsaydı, Paşinyanın ona münasibəti necə olardı?

2019/10/16183-1571224780.jpg
Oxunub: 1068     16:16     16 Oktyabr 2019    
Son günlər Ermənistanın media sahəsindəki əsas müzakirə mövzusu, xüsusilə hakimiyyətyönlü dairələrdə şok effekti yaradan Vitali Balasanyanın məlum açıqlaması ilə bağlıdır. Müsahibəsində Balasanyan “Sasna Tsreri”i sərt şəkildə tənqid edib, bir daha siyasi proseslərdən və özfəaliyyətdən, xüsusən də dövlət və dövlətçilik məsələlərində aktivlik nümayiş etdirilməsindən uzaq durmağı tövsiyə edib, əks halda general onları hətta fiziki məhv etmə ilə də təhdid edib.

Balasanyanın əsas mesajı ola bilsin ki, Paşinyanın dövlətçilik xəttindən yayınmasıdır. Bu xəbər yenilik deyil, hətta Paşinyanın komanda yoldaşı Sasun Mikaelyan və Müdafiə naziri David Tonoyan buna işarə edib. Bir növ silahlı qüvvələrlə əlaqəli olan insanlar keçmiş Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyanın sərt açıqlamasını unutmamalıdırlar.

Bu çərçivədə, mövcud əməliyyatı daha əhatəli şəkildə təqdim etməyə çalışaq.

Paşinyanın ziddiyyətli və iki yönlü bəyanatlar səsləndirməsi bir həqiqətdir, bunların dərin araşdırılması olduqca maraqlı nəticələrə gətirib çıxarır. Ötən gün Aşqabadda o, ilk baxışdan erməni millətinin “qəhrəmanı” Qaregin Njdehə qarşı ifadələrə reaksiya verib. Eyni qaydada erməni nəzarətində olan sosial şəbəkələrdə də həmin reaksiyaya səbəb olub. Hamı bir ağızdan Paşinyanın “parlaq və çarpıcı cavabını” tərifləməyə alqışlamağa başladılar.

“Qeyd etmək vacibdir ki, bu görüşdən əvvəl Nikol Paşinyanın İrəvandakı “hücum dəstəsi” başqa bir erməni əsilli qəhraman Vitali Balasanyanın daşqalaq edilməsində iştirak edib. Paşinyan Aşqabadda erməni millətinin “qəhrəmanlar”ının “əməlləri” barədə danışarkən, bir anlıq hakimiyyətinin ünsürlərinin Balasanyana hücum etdiyini, onu “millətin xaini” adlandırdığını, hətta hərbi rütbədən məhrumiyyəti və məsuliyyətə cəlb edilməsi barədə tezislər yaydığını xatırladımı?”, - deyə erməni müəllif Armen Hovasapyan bildirib.

Bu epizodda ilk baxışdan unudulmuş bir detalı yada salaq. Paşinyanın bu rəngarəng “oyunu” ölkədə Paşinyanın reytinqinin aşağı olduğu, milli dəyərlər və ümumi mühafizəkar konsepsiya ilə bağlı ciddi problemlərinin olduğu bir vaxtda nümayiş etdirilir.

Məlumatlara görə, bu, Paşinyanın PR komandası tərəfindən həyata keçirilən, ən azı ətrafındakı tənbəl atmosferi müvəqqəti dağıtmağa çalışan, gözəl hazırlanmış bir strategiya idi. Bu çərçivədə daha bir məqamı qeyd etmək vacibdir. Paşinyan administrasiyası xüsusilə generala qarşı düşmənçilik edir və öz çıxışlarında tez-tez “generalların dövlət işlərinə qarışmamalı olduqlarını” və digər bu kimi ifadələrə işarə edir.

Bəzi generallara (Mikayel Harutyunyan, Yuri Xaçaturov) qarşı qaldırılmış cinayət işlərində bu cür hallar müşahidə olunur, bəzilərini isə Paşinyan sadəcə (Levon Mnatsakanyan, Arşavir Qaramyan, Samvel Karapetyan) öz baxış sahəsindən silməyə çalışıb.

Xatırladaq ki, aylar əvvəl, Balasanyan hələ qondarma qurumun “təhlükəsizlik şurasının katibi” olarkən, İrəvanda xüsusi polis bölməsi onun maşınını dayandıraraq onu yoxlamağa çalışıb.

“Burada sual yaranır ki, Paşinyan niyə hərbçiləri sevmir və yuxarıda sadalananların hamısı “ciddi” kadrlardır. Yeri gəlmişkən, Paşinyan Aşqabadda “millət” və “qəhrəman” anlayışlarından qaçıb. Bu, onun erməni xalqının qəhrəmanlıq tarixinə və ciddi milli adət-ənənələrə sahib olduğunu sadəcə qəbul edə bilmədiyini sübut edir. Belə çıxır ki, bu günün qəhrəmanları Paşinyan üçün qəbuledilməz simvoldur və əvvəlki korrupsioner rejimlə əlaqədardır və 70 il əvvəl Vladimir həbsxanasında vəfat etmiş Qaregin Njdeh isə xalqın xadimidir. Əslində, Paşinyanın məşhur işarəsinə görə, Qarabağda müharibə başlamasına təkan verməyə çalışan “sui-qəsd qüvvələri” məhz onlardır. Yəni, Paşinyanın sözlərindən belə çıxır ki, generallar Azərbaycanı müharibəyə təhrik edərək, özlərini sübut etməyə, Paşinyanı isə məğlubiyyətə uğratmağa çalışırlar. Belə bir anti-dövlət təfəkkürünü hətta dövlət başçısı olduğu halda təsəvvür etmək çətindir. Növbəti sual dərhal ortaya çıxır, Qareqin Njdeh sağ olsaydı, Paşinyanın ona münasibəti necə olardı, o da “sui-qəsdçi” kimi təsnif edilməzdi? Bəlkə də düşünmək üçün bir mövzudur”, - deyə müəllif məqaləsində qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Njdeh   Balasanyan  

Njdeh sağ olsaydı, Paşinyanın ona münasibəti necə olardı?

2019/10/16183-1571224780.jpg
Oxunub: 1069     16:16     16 Oktyabr 2019    