Sentybarın 25-də Ermənistan İstintaq Komitəsi sabiq Müdafiə naziri Vigen Sarkisyanın rəsmi səlahiyyətlərini aşdığı üçün müttəhim kimi cəlb olunması haqqında məlumat verib, lakin iş Xüsusi İstintaq Xidmətinə göndərilib..
Prokurorlar da işi araşdırmayaraq “gedib-gələn” cinayət işi marşrutunun ortasında qalıblar.
Oktyabrın 4-də cinayət işi işə nəzarəti həyata keçirən prokurorun tələbi ilə Xüsusi İstintaq Xidmətindən prokurorluğa göndərilib.
Prokurorluqdan verilən məlumata görə, cinayət işi istintaq və prosessual əməliyyatların yerinə yetirilməsi zərurəti ilə razılaşdırılmış şəkildə Ermənistan İstintaq Komitəsinə göndərilib, yəni, yenidən çıxış nöqtəsinə qaytarılıb.
Məlumata görə, bu dönüşün əsas səbəbi Xüsusi İstintaq Xidmətinin qeyd edilən cinayət işini alaraq onun zəif sübutlu iş olduğunu bildirməsi və istintaqı aparmağa hazırlaşmadıqlarıdır.
Alpər Mövludoğlu
Ordu.az