Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni sosioloq Artak Sağatelyan bildirib.
Son zamanlar qalmaqallı bəyanatlarla çıxış edən qondarma qurumun “təhlükəsizlik şurasının sabiq rəhbəri” Vitali Balasanyan dünən mətbuat konfransı keçirib.
Sağatelyan Ermənistan dövlət adamlarının mətbuat konfranslarını erməni serialları ilə müqayisə edib.
“Hesab edirəm ki, onların əksəriyyəti dövlət aparatında işlədikləri təcrübəni nəzərə alaraq bunu anlayırlar. Lakin hər halda onların irəli sürdükləri hansısa taktika xətti var. Nəticələr taktika və strategiyadan asılı olaraq müxtəlif ola bilər. Son zamanlarlar əvvəllər hörmətə malik olmuş müxtəlif insanlar tərəfindən açıq-aşkar təxribatçı, demək olar qarışıq mətbuat konfransları görürük. Hesab edirəm, bunları erməni serialları ilə müqayisə etmək olar. Balasanyanın bəyanatları hədsiz dərəcədə təhlükəlidir, bunlar ölümcül fəsadlara səbəb ola bilər”, - deyə sosioloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az