DSX rəisi xidmətdə fərqlənmiş sərhədçilərlə görüşüb - FOTO

2019/10/photo-3142272208.jpg
Oxunub: 18628     14:41     15 Oktyabr 2019    
Dövlət Sərhəd Xidmətinin hərbi ənənələri sırasında vəzifələrinin icrasında fərqlənmiş sərhədçilərinin xidmətlərinin qiymətlən­diril­məsi və onların təl­tifləndirilməsi xüsusi yer tutur.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, 2019-cu ilin 15 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin apa­ratında bu­nun­la bağlı növbəti tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlət sərhə­dinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilərlə görüşüb və onlara yüksək təltifləri təqdim edib.

Dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əməliy­yatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi “Sərhəddə fərqlənməyə görə” medalı ilə, 4 müddətli hə­qi­qi hərbi xidmət hərbi qulluqçusu isə “Hərbi xid­mətdə fərqlənməyə görə” 3-cü də­rəcəli me­dallarla təltif ediliblər.


Çay süfrəsi arxasında davam edən görüşdə sərhədçilər əmə­liyyatın təfər­rüat­larını məruzə edib, Vətənə xidmət etməkdən şərəf və qürur duymalarını, dövlət sərhədinin toxunulmazlığını təmin etməyə, dövlət sərhədində hər hansı təxribatın qarşısını qətiyyətlə almağa hər zaman hazır olmalarını vur­ğu­layıb və müddətli hərbi xidmətlərini başa vurduqdan sonra Dövlət Sərhəd Xid­mə­tində peşəkar xidmətə qəbul olunmaq arzusunda olmalarını bildiriblər.

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində dövlət sərhədinin etibarlı mühafizəsinin yüksək səviyyədə təmin olunmasını, bu isti­qamətdə xidməti imkanların daha da gücləndirilməsi üçün ardıcıl işlərin davam etdirilməsini qeyd edib, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq nümunələrinin şəxsi heyət arasında təbliğ edilməsi üzrə müvafiq göstərişlər verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Təltif   Elçin-Quliyev  


Bizi "telegram"da izləyin