Erməni komandir: “Nikolun əli ilə xilas olmağımızdansa, türklərin əli ilə ölməyimiz daha yaxşıdır”

2019/10/345-1571131607.jpg
Oxunub: 1259     15:26     15 Oktyabr 2019    
“Baş nazir Nikol Paşinyan bütün Osmanlı ordularının bir araya gəlməsindən daha təhlükəlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Talin” dəstəsinin komandiri Sarkis Karapetyan bildirib.

O qeyd edib ki, may ayından indiyə qədər 49 min erməni ölkəni tərk edib.

“Mən nə Nikol Paşinyan, nə də onun verdiyi cavab haqqında fikir bildirmək istəmirəm. Nikolun əli ilə xilas olmağımızdansa, türklərin əli ilə ölməyimiz daha yaxşıdır. Nikol bizim millətimizi aldatdı. May ayından indiyə qədər 49 min erməni ölkəni tərk edib. İrəvanda gəzənlər də xarici millətdir. Bu, vacib haldır, buna diqqət yetirmirlər. Həqiqəti demək çox çətindir, hamı düz danışanın üzərinə hücum edir”, - deyə Karapetyan bildirib.

Karapetyan qeyd edib ki, xalqla danışmaq, ona qulaq asmaq və fikrini anlamaq üçün yaxın gələcəkdə görüş təşkil edəcək.

“Mənim qorxum yoxdur. Mənim qorxum budur ki, milləti aldada bilirlər, bütün aldadılmışlar utanırlar ki, aldadılıblar. Kimə aldanasan, Nikola?”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Paşinyan   Etiraz  

Erməni komandir: “Nikolun əli ilə xilas olmağımızdansa, türklərin əli ilə ölməyimiz daha yaxşıdır”

2019/10/345-1571131607.jpg
Oxunub: 1260     15:26     15 Oktyabr 2019    