Onlar Aprel döyüşlərində hünər göstərən döyüşçülərin davamçılarıdırlar

2019/10/8cf16-1571117249.jpg
Oxunub: 568     12:46     15 Oktyabr 2019    
Bu gün Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına malik vətənpərvər ruhlu əsgərləri var. Onlar torpaqlarımızı düşmənlə sərhəddə və təmas xəttində mərdliklə qoruyurlar. Əlbəttə, doğulduğu ana yurdun - Azərbaycanın gecə-gündüz müdafiəsində dayanıb onu düşməndən qorumaq hər bir vətənpərvər oğulun şərəf, vicdan borcudur.

Malik Rzayev də düşmənlə təmas xəttində Vətənimizin keşiyində ayıq-sayıq dayanan cəsur, qorxmaz əsgərlərdən biridir. İçdiyi Hərbi anda sadiq, Azərbaycan əsgəri adını şərəflə daşıyan Malik barədə qeydlərimizi ön xətt bölmələrimizin birində döyüş növbəsi aparan zaman götürdük.

Öyrəndik ki, M.Rzayev xidmət etdiyi müddətdə komandirlərinin etimadını və böyük rəğbətini qazanıb. Hazırlıqlı əsgər kimi verilən bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirir. Bacarıqlı və nümunəvi əsgər olan Malik hərbi vərdişlərə dərindən yiyələnib. Tabeliyində olan silahın taktiki-texniki xüsusiyyətlərini, ondan istifadə qaydalarını mükəmməl bilir. Atdığı hər bir güllə nəzarətə götürdüyü hədəfin məhvi ilə nəticələnir. Keçirilən təlimlərdə uğurlu göstəriciləriylə komandirlərinin diqqətini çəkən Malik digər əsgər yoldaşlarından fərqlənir.

Əsgər M.Rzayev səngərdə bünövrəsi qoyulan dostluğun, yoldaşlığın möhkəmliyindən danışdı, burada özünə əsl dostlar qazandığını dedi: "Əsgər yoldaşlarım, komandirlərim mənə doğma qardaş tək əzizdirlər. Ön xətdə xidmət etmək nə qədər çətindirsə, o qədər şərəflidir. Vətənimə, torpağıma göz dikən düşməni məhv etməyə hazıram".

Azərbaycan əsgəri adına daima şərəf qazandıran Vətənimizin Malik kimi mərd oğulları Qarabağ müharibəsində, Aprel döyüşlərində hünər göstərən döyüşçülərin davamçılarıdırlar. Onlar gecə-gündüz torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla, Vətənimizi göz bəbəyi tək qoruyurlar. Xalqımız sizə güvənir, Azərbaycan əsgəri!

Lalə Hüseynova, "Azərbaycan Ordusu",
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Əsgər  

Onlar Aprel döyüşlərində hünər göstərən döyüşçülərin davamçılarıdırlar

2019/10/8cf16-1571117249.jpg
Oxunub: 569     12:46     15 Oktyabr 2019    