İnamlı addımlar - uğurlara aparan yollar

2019/10/3051c-1571117130.jpg
Oxunub: 427     11:24     15 Oktyabr 2019    
Hərbi hissənin geniş, gözoxşayan meydanında sıra hazırlığı keçən əsgərlərin addım səsləri uzaqdan eşidilirdi. Bu ritmik səslər dalğa-dalğa ətrafa yayılaraq yaxınlıqdakılarda xoş ovqat yaradırdı. Əsgərlərin eyni anda elədikləri əl-ayaq hərəkətləri, cəld sağa-sola dönmələri onların bacarıq və peşəkarlıqlarından xəbər verirdi.

Mənə xoş olan, qəlbimə, ürəyimə sığal çəkən bu gözəl və dəyərli fikirlər içində addım-addım sıra hazırlığı keçən şəxsi heyətə yaxınlaşıram. Addımlarımı onların ritmlərinə uyğunlaşdırmağa çalışıram. Yaxınlaşdıqca əsgərlərin addım səslərini daha aydın eşidirəm. Eşitdikcə də qəlbim iftixarla dolur. Azərbaycan əsgəri adını şərəflə daşıyan bu oğulların üz-gözündən hünər və rəşadət yağır. Onlara çatmağa bir neçə addım qalmış manqa komandiri bizə yaxınlaşıb özünü təqdim edərək şəxsi heyətin sıra hazırlığı məşğələsi keçdiyi barədə məlumat verdi.

Aramızda olan qısa söhbət zamanı öyrənirik ki, Cahid Quluyevin əyninə forma geyindiyi on aydır. On aydır ki, böyük qürur və şərəflə Azərbaycan əsgəri adını daşıyır. Arxada qalan zaman onun üçün çox səmərəli keçib. Təlim-məşqlərdə fəal iştirak edən Cahid biliklərini artırıb, silahların sirlərinə dərindən yiyələnib, əsgər üçün zəruri olan hərbi vərdişləri mənimsəyib. Bu gün isə əxz etdiklərini xidmətdə ilk addımlarını atan əsgər dostlarına öyrədir. Öyrətdikcə özü də püxtələşib zənginləşir. Daha da bacarıqlı və bilikli olur.

- İnsan istər hərbçi olsun, istərsə də mülki, bilik əldə etmək üçün daim öz üzərində çalışmalıdır ki, çalışqanlığı ilə istədiyinə nail olsun. Fəxr edirəm ki, bu gün əsgərlərə hərbi bilik və vərdişləri öyrədirəm. Bilirəm ki, bu çox məsuliyyətli bir işdir. Ona görə də məşğələnin gedişinə diqqətlə yanaşıram. Çalışıram ki, dərsin hər dəqiqəsindən səmərəli istifadə edim. Əsgərlərimiz qısa müddət ərzində həm hərbi bilikləri öyrənib, həm silahların sirlərinə yiyələnib, həm də sırada düzgün addımlamağı mənimsəyiblər. Əlbəttə, bütün bu uğurlara birdən-birə nail olmamışıq. Bunları şəxsi heyətə mərhələ-mərhələ öyrətmişik. Budur, əldə olunan nəticə göz qabağındadır. Əsgərlərimizin sırada yerişinə, addımlamağına baxanda ürəyim açılır. Deməli, bu yolda çəkilən zəhmət hədər getməyib. Onu da deyim ki, sıra hazırlığı zamanı əsgərlərə məşğələ keçən zabitin, çavuşun özünün bacarıq və səriştəsindən də çox şeylər asılıdır. Döyüş vərdişlərinin aşılanması, öyrədilməsi daim komandanlığın diqqət mərkəzindədir. Bu mühüm iş daim peşəkarlara tapşırılır. Ona görə də həmişə dərs və məşğələlərdə böyük uğurlar qazanılır. Əsgərlərimiz, bir qayda olaraq, təlim-məşqlərdə fəal iştirak edir, hərbi bilikləri dərindən mənimsəyirlər. Böyük uğurları həmişə peşəkarlar qazanırlar. Zaman-zaman bu həmişə belə olub. Biz də çalışırıq ki, əsgərlərimiz hərbi biliklərə yiyələnərək öz ixtisaslarının peşəkarları olsunlar. Bundan sonra isə uğurlara gedən yollarda inamla addımlasınlar. Bilsinlər ki, bu yol onları qələbələrə qovuşduracaq.

Məşğələdə fəal iştirak edən əsgərlərdən Emil Qurbanov, Yusif Rəhimov, İqbal İsayev, Həsən Bayramov və başqaları ilə görüşüb söhbət etdim. Onlar bildirdilər ki, hərbi biliklərə dərindən yiyələnərək gələcək xidmətlərində böyük uğurlar qazanacaqlar. Torpaqlarımızın keşiyində həmişə ayıq-sayıq dayanacaq, babaların, ataların döyüş yollarını şərəf və ləyaqətlə davam etdirəcəklər.

Sıra hazırlığı keçib təcrübəsini artıran əsgərlərə uğurlar arzulayıb onlarla sağollaşıram. Əsgərlər isə məşğələlərini davam etdirirlər. Bir anlıq ayaq saxlayıb müşahidə aparıram. Onlar əsl peşəkarlar kimi addımlayırdılar. Bu inamlı addımlar isə gələcək böyük uğurlardan xəbər verirdi.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Əsgər  

İnamlı addımlar - uğurlara aparan yollar

2019/10/3051c-1571117130.jpg
Oxunub: 428     11:24     15 Oktyabr 2019    