Ordu.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun Ermənistandan olan hərbçisinin “qarabağlı erməni” əsgərlə davasının şahidi olan digər hərbi qulluqçu uydurma izahatla cinayət məsuliyyətinə cəlb oluna bilər.
Xankəndindən olan Sasun Hayrapetyan adlı əsgərin yaxınlarının bildirdiyinə görə, hadisənin şahidi olmasına baxmayaraq, müstəntiq ondan rüşvət tələb edib. Pulu ödəməkdən imtina edən S. Hayrapetyan uydurma izahata imza atmağa məcbur edilərək, cinayətin iştirakçısı kimi cinayət məsuliyyətinə cəlb olunma təhlükəsi ilə üzləşib.
S. Hayrapetyanın yaxınları bildirib ki, əgər işi aparan müstəntiq hadisə ilə bağlı mövqeyini dəyişməsə, onlar Ermənistan Respublikası Baş Prokurorluğuna müraciət edəcəklər. Hadisənin şahidi olan iki hərbi qulluqçu S. Hayrapetyanın günahsız olduğunu öz izahatlarında yazıblar.
Faktla bağlı araşdırma və hadisə ətrafında qalmaqal davam etməkdədir.
Ordu.az