Erməni hərbi qulluqçu satın aldığı torpaqları əkib-becərə bilmir – DETALLAR

2019/10/gegha-1571042845.jpg
Oxunub: 1410     20:46     14 Oktyabr 2019    
Qeğam Melkonyan Ermənistan Müdafiə Nazirliyinin hospitallarından birində keçid məntəqəsi nəzarətçisi kimi xidmət edir. Baxımda olan qadını, qızı, azyaşlı uşağı var.

Evin yeganə əmək qabiliyyətli şəxsi olaraq, hərbi xidmətə görə 62.000 dram və təqaüd olaraq 27.000 dram alır.

O, Əkinçilik, dənli bitkilər yetişdirməklə məşğul olmaq üçün kredit götürərək Kotayk vilayətinin Zar kəndində torpaq alıb. Bütün vergiləri vaxtında ödəməsinə baxmayaraq, torpağı satın aldıqdan sonra ərazinin “sahibinin olduğu” məlum olub.

Qeğam Melkonyan mayın 12-də torpağı satan Ararat Harutyunyana qarşı deyil, torpaq sahibi olaraq, torpağı azad etməyən Levuş Hovhannisyanın çıxarılmasına dair iddia qaldırıb.

Levuş Hovhannisyan da səlahiyyətli orqanlar tərəfindən verilən hüquqi sənədlər əsasında mülkiyyət sahibi kimi hüquqlarının bərpa olunmasına dair Kotayk rayonun daşınmaz əmlak və digər aiddiyyəti qurumularına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Kotayk vilayət məhkəməsi, 2015-ci il 22 oktyabr qərarına görə, işi təmin etmək üçün Zar kəndində müvafiq kadastr kodları olan torpaq sahələrinin Levuş Hovhannisyan tərəfindən istifadə edilməsini qadağan edilib.

Qərar, 2016-cı ilin 4 oktyabr tarixində elan edilib və iddia təmin edilib. Levuş Hovhannisyan bu qərara görə hərbçi Melkonyanın satın aldığı torpaqdan çıxarılmalı idi.

Hərbçi Melkonyan bildirib ki, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrinə uyğun olaraq Zar kəndində 4 hektar əkin sahəsini Ararat Harutyunyandan satın alıb. Məhz bu müqavilələr əsasında onun mülkiyyət hüququ qeydiyyata alınıb və torpağa mülkiyyət sənədi verilib.

Əvvəlcə müqaviləyə görə 3000 dollar verib, alqı-satqıdan sonra isə Sovet istehsalı “Niva” avtomobilini 2000 min dollar əvəzinə verməyə sövdələşib. Lakin sonradan Ararat Harutyunyan məbləğin qalan hissəsini tələb etmək üçün “Niva”nı pul müqabilində almaqdan imtina edib, qalığın verilməsini tələb edib.

Hərbçi, Qeğam Melkonyan torpağı əkmək istəyərəkən məlum olub ki, artıq həmin kənd sakini Levruş Hovhanisyan əkin işləri aparır.

Məlum olub ki, torpaq sahələri onu satan Ararat Harutyunyanın, mərhum atası Qaqik Harutyunyanın ailəsinə məxsus olub.

Mübahisəli torpaqların idaretmə hüququ etibarnamə əsasında mərhum Qaqik Harutyunyanın oğlu Ararat Harutyunyana verilib.

Levuş Harutyunyan Mülki Apelyasiya Məhkəməsinə müraciət edib. 2 il əvvəl məhkəmə Levruş Harutyunyanın şikayətini təmin edərək, yenidən araşdırma üçün ilkin məhkəmə orqanına geri göndərib.

Məhkəmə çəkişmələrindən sonra Qeğam Melkonyanın şikayət və tələbi rədd edilib.

Hazırda bu məhkəmə çəkişmələri nəticəsində zərərəçəkənin 5 min dollar əsas məbləğini və kredit üzrə yaranan 12 min dollar borcunun kim tərəfindən ödəniləcəyinə dair aydınlıq gətirilmir.

Torpaq alqı-satqısınadək torpaq sahəsinin əsl sahibinin kim olduğunu aidiyyəti orqanlar gizlədibsə buna cavab verməlidirlər, yox əgər belə deyilsə, o halda məhkəmə hüquqları pozulan hərbçiyə dair ədalətli qərar qəbul etməyə, onun hüquqlarını bərpa etməyə borcludur, deyə bildirilir.

Qeyd olunur ki, iş üzrə şikayətçi erməni hərbçi deputatlara, baş prokurora və Kotayk vilayət rəhbərinə müraciət etsə də, heç bir nəticəyə nail ola bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz  

Erməni hərbi qulluqçu satın aldığı torpaqları əkib-becərə bilmir – DETALLAR

2019/10/gegha-1571042845.jpg
Oxunub: 1411     20:46     14 Oktyabr 2019    