1992-96-cı illərdə Kazimirov Rusiya prezidentinin Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi, eyni zamanda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri kimi fəaliyyət göstərib. “Qarabağın Sülhü” adlı bir kitabda Kazimirov məsələdəki vasitəçiliyini, bu çərçivədəki Rusiya siyasətini təqdim edib.
Məsələ burasındadır ki, Kazimirovun diplomatik missiya ilə işlədiyi siyasət dönəmi Qarabağ məsələsində sabitliyi və sülhü təşviq edən Rusiyanın Yeltsin dövrünə təsadüf edir.
Erməni KİV-ləri yazır ki, Paşinyan bir rus diplomatın əli ilə hazırlanan Qarabağ mövzusunda kitabı təqdim etməklə bundan çıxış yolu və ya nisbi sabitliyin təmin edilməsinə işarə edib.
“Eyni zamanda, Paşinyanın Qarabağ məsələsində Putinlə, simvolik və tarixi-sənədli kitab vasitəsilə ünsiyyət yaratması, bəlkə də Rusiya Prezidenti ilə müzakirələrdə Qarabağ məsələsinin cari kontekstdə deyil, bu dərinlikdə gündəmdə olması ilə bağlı daha bir vacib faktı ortaya qoyur. Başqa sözlə, Paşinyan və Putin bu mənada sıfırdan başlayır və belə olan halda ““Madrid prinsipləri” səhifəsini bağlayırlarmı?” deyə sual yaranır”, - deyə erməni KİV-lərindən biri qeyd edir.
Qeyd edək ki, Rusiya üçün hazırda Qafqazda sabitlik olduqca zəruridir. Münaqişədə irəliləyişə nail olmaq isə reallıqları düzgün tarixi mənbələrdə qiymətləndirməklə mümükündür.
Alpər Mövludoğlu
Ordu.az