Erməni hüquq müdafiəçiləri 35 ölüm faktı barədə: “Orduda qanun və ədalət yoxdur”

2019/10/Untit-1571041991.jpg
Oxunub: 790     12:32     14 Oktyabr 2019    
2019-cu ilin ilk 9 ayında Ermənistan ordusunda (işğal altında olan Qarabağ ərazisindəki “hərbi birləşmə” daxil olmaqla – red.) 35 ölüm faktı qeydə alınıb. Ötən ilin eyni dövründə 50 hadisə qeydə alınıb.

Ölüm haqqında məlumatlar rəsmi və qeyri-rəsmi mənbələrdən alınan məlumatlara əsasən Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi tərəfindən tərtib edilib.

Qeyd olunur ki, 35 ölüm hadisəsindən 11 hal avtomobil qəzası, 8 hal sağlamlıq problemləri, 4 hal qətl, 8 hal intihar və ya intihar həddinə çatdırma, 3 hal atəşkəs rejiminin pozulması, 1 hal isə bədbəxt hadisə ilə bağlıdır.

Göründüyü kimi, 2019-cu il yanvar-sentyabr ayları ərzində, 2018-ci ilin eyni dövrü ilə müqayisədə erməni ordusunda atəşkəs rejiminin pozulması nəticəsində ölüm halları 57%, sağlamlıq problemlərindən ölənlərin sayı 33%, qətl hadisələrindən ölümlərin sayı 20 %, avtomobil qəzası 15% bədbəxt hadisələr nəticəsində baş verən ölüm halları isə 75% azalıb. İntihar hadisələrinin sayı ötən ilin eyni dövrü müqayisədə dəyişməz qalıb.

İlkin rəsmi məlumatlara görə, 35 ölüm hadisəsindən 15 fakt hərbi xidmətlə bağlıdır. 23 hadisə üzrə cinayət işi açılıb.

İllərdir ordu məsələləri ilə məşğul olan erməni hüquq müdafiəçisi Zaruhi Harutyunyan, erməni mətbuatına açıqlamasında, əksəriyyətinin atəşkəs rejiminin pozulması nəticəsində baş vermədiyinə görə son 9 ayda 35 hadisənin hələ də narahatverici olduğunu bildirib.

Hüquq müdafiəçisi Ruben Martirosyan da 35 hadisənin narahatlıq verdiyini qeyd edib.

“Ordunun bir sahibi olsaydı və orduda nizam-intizam olsaydı, bir hadisə belə baş verməzdi. Orduda qanun və ədalət yoxdur. Ordunun nəzarət orqanları - prokurorluq, hərbi polis və istintaq orqanı öz işlərini görmürlər. Bəzən əks hərəkətlər edirlər, hadisələri gizlədirlər və bu, ordumuzun əsaslarını məhv edir”, - deyə o bildirib.

O qeyd edib ki, Ermənistan MN tərəfindən bütün hadisələr barədə məlumat verilmədiyinə əmindir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Yaralı  

Erməni hüquq müdafiəçiləri 35 ölüm faktı barədə: “Orduda qanun və ədalət yoxdur”

2019/10/Untit-1571041991.jpg
Oxunub: 791     12:32     14 Oktyabr 2019    