Əldə etdilən məlumata görə, dünənki iclasda 2016-cı ilin Aprel döyüşlərində iştirak edən “İşıqlı Ermənistan” fraksiyasının üzvü Harutyun Babayanın köməkçisi Sarqis Niyazyan dindirilib. Yeri gəlmişkən, iclasda yüksək səviyyəli MN rəsmisinin dindirildiyi barədə məlumatlar olsa da, dünən dindirilən şəxs müharibədə iştirak edən bir əsgər olub.
Məlumata görə, əsasən komissiya sədri Andranik Koçaryan iclaslarda danışır və dindirir. O, çox vaxt sözü dindirilən şəxsə suallar verməsi üçün parlamentin “Mənim addımım” fraksiyasının deputatı, kommisiya üzvü Tiqran Karapetyana verir.
Qeyd olunur ki, əsas suallar həmin gün ordunun silah-sursatının olub-olmaması, əsgərlərin lazımi yeməklə təmin olunub-olunmaması, komandanlığın hazır olub-olmaması, əsgərlərin döyüşdə iştirak etməyə cəsarətinin olub-olmamasından ibarətdir. Bu günə qədər dindirilən insanların demək olar ki, hamısı öz ifadələrində hər şeyin yaxşı olduğunu təsdiqləyib.
Komissiya hələ aprel ayının çatışmazlıqlarını ortaya çıxara biləcək boşluğu tapa bilmir. Komissiyanın işi hələ də səmərəsizdir.
Komitənin iclasından sonra erməni parlamentin Müdafiə və Təhlükəsizlik daimi Komitəsinin sədri Andranik Koçaryan bəyan edib ki, Komitə üzvləri məşhur şəxsiyyətləri çağırarkən mediaya məlumat vermək qərarına gəliblər.
Məlumata görə, həqiqi fəaliyyət barədə məlumat verə biləcək heç bir məmur komissiya dəvət edilməyib. Qərara gəliblər ki, yaxın gələcəkdə sorğuya çağırılsalar, əvvəlcədən bu barədə məlumat veriləcək.
Yeri gəlmişkən, komissiya üzvləri bir-birlərinə heç bir yerdə “sızıntı” etməyəcəklərinə dair vəd veriblər, eyni zamanda bir-birilərinə bildiriblər ki, hər halda Ermənistan Müdafiə Naziri Davit Tonoyan onları izləyir, kənardan göz qoyur, çünki nazirin komitə daxilində “adamı” var və demək olar ki, bütün iclaslarda baş verənlər nazirə çatdırılır.
Alpər Mövludoğlu
Ordu.az