Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Aşqabadda keçirilən MDB Ölkə Başçıları Şurasının iclasında Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
O qeyd edib ki, postsovet məkanında dondurulmuş münaqişələri birgə səylərlə həll etmək lazımdır. Belarus lideri bir vaxtlar bu dövlətlərin bir ölkə tərkibində olduğunu xatırladıb.
“Birlikdə olublar, birlikdə mübarizə aparıblar, indi isə postsovet məkanında nələrin baş verdiyinə baxın. Nə qədər bu kimi münaqişələr var... Nə üçün bu məsələləri həll etmirik? Əgər biz belə bir şeyə qadiriksə, bu problemləri, bu dondurulmuş münaqişələri həll etməliyik. Dürüst, ədalətli yolla həll edək”, - deyə Lukaşenko bildirib.
Alpər Mövludoğlu
Ordu.az