Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib - VİDEO

2019/10/9f0a1-3141723970.jpg
Oxunub: 1204     10:30     12 Oktyabr 2019    
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komandir hazırlığı toplantısı keçirilib.

Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tabor, divizion komandirləri və müavinləri ilə keçirilən toplantıda əsas məqsəd zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığına nail olunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.

Toplantıda kəşfiyyat hazırlığından maneələr zolağının dəf edilməsi, taktiki hazırlıqdan tanklarla mübarizə qaydaları və psixoloji zolağın dəf edilməsi, topoqrafiya hazırlığından ərazidə azimutla hərəkət, rabitə hazırlığından radiostansiyanın işə salınması, atəş hazırlığından müxtəlif çaplı silahlardan və tankəleyhinə vasitələrdən praktiki atışlar yerinə yetirilib.

Toplantı çərçivəsində keçirilən nümayiş məşğələdə şərti düşmənin kəşfiyyat-diversiya qrupuna qarşı mübarizə aparılması və hakim yüksəkliyin ələ keçirilməsi praktiki olaraq göstərilib.

Toplantının yekununda bildirilib ki, zabitlərin bölmələrdə taktiki təlimlərin hazırlanması, ictimai-siyasi hazırlıq məşğələlərinin keçirilməsi və hərbi intizamın möhkəmləndirilməsi üzrə nəzəri bilikləri yoxlanılıb. Məqbullar götürülən zaman tabor, divizion komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MN   Azərbaycan   Əlahiddə-ordu  

Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib - VİDEO

2019/10/9f0a1-3141723970.jpg
Oxunub: 1205     10:30     12 Oktyabr 2019    