Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə hərbçiləri Suriyada bu ölkəni parçalamaq üçün deyil, orada yaşayan əhalini və hüquqlarını qorumaq üçün ordadırlar.
"Türkiyənin İraqda və Suriyada əməliyyatları bu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlməyib. Biz Fəratın qərbində olduğu kimi, Fəratın şərqini də terror təşkilarlarından təmizləyəcəyik. Biz cənub sərhədlərimizin təhlükəsizliyini, həmçinin suriyalıların vətənə təhlükəsiz qayıdışını təmin edəcəyik", - deyə o bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, Qərb PYD/YPG-nin İŞİD və PKK kimi terror təşkilatı olduğuna əhəmiyyət vermir.
Sevinc Əliyeva
Ordu.az