İsmayıllıda xidmətini başa vurmuş gənclərin təntənəli qarşılanması mərasimi keçirilib - FOTOLAR

2019/10/7e299-4712408919.jpg
Oxunub: 629     18:02     11 Oktyabr 2019    
Oktyabrın 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İsmayıllı rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin İsmayıllı rayon mərkəzində yerləşən abidəsi önünə gül dəstələri qoyub və dərin ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən SHXÇDX-nin İsmayıllı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesindən söz açıb.

Gəncləri müddətli həqiqi hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. Bildirib ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Fərəhli haldır ki, bu gün gənclərimiz Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşürlər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev və digər çıxış edənlər həqiqi hərbi xidmətin vətəndaşlıq borcu və şərəf olduğunu vurğulayıblar. Azərbaycan xalqının ordumuzun gücünə inandığını bildirib və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə ediblər. Valideynlər adından çıxış edən Ağarəhim Həşimov övladının hərbi xidməti uğurla başa vurması ilə fəxr etdiyini bildirib.

Silahlı Qüvvələrdən ehtiyata buraxılmış Rəsul Həşimov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb. Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələrinə dair izahedici söhbət aparılıb. Müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Sonra İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən ehtiyata buraxılmış hərbi qulluqçulara vakant iş yerləri təklif edilib. Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsmayıllı   SHXÇDX  

İsmayıllıda xidmətini başa vurmuş gənclərin təntənəli qarşılanması mərasimi keçirilib - FOTOLAR

2019/10/7e299-4712408919.jpg
Oxunub: 630     18:02     11 Oktyabr 2019    