Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan bildirib.
O qeyd edib ki, hakimiyyət dəyişikliyi bu mənada heç bir şeyi dəyişməyib, bu problemlər gündəmdə qalmağa davam edir.
Politoloqun sözlərinə görə, ötən ilin məşhur hadisələrindən sonra baş nazir olmuş Nikol Paşinyan kriminal oliqarxiyanı “super Baş nazir” sistemindən uzaqlaşdırıb və hökumət tamamilə onun maraqlarının təmin olunmasına xidmət etməyə başlayıb.
“İndi artıq tam olaraq deyə bilərik ki, hökumət bir nəfərə xidmət edir. Hökumət, parlament, qanunla müstəqil şəkildə yaradılmış, lakin reallıqda tabeçilik altında olan orqanlar, Konstitusiya Məhkəməsi istisna olmaqla Ali Məhkəmə Şurası və bütün məhkəmə sistemi şəxsi hakimiyyət sisteminə daxildir. Bu sistemdən 4 institut kənarda qalır: KİV-lər, Konstitusiya Məhkəməsi, kilsə və Qarabağ “hakimiyyəti”. Hakimiyyət hazırda 2 istiqamətdə nəzərəçarpan addımlar atır: Konstitusiya Məhkəməsi və Qarabağ “hakimiyyəti”. Buna avtoritar sistemin formalaşdırılması deyilir”,- deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az