Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə nazirinin sabiq müavini Vağarşak Harutyunyan da növbəti “qonaqlar” sırasındadır.
Məlumata görə, Harutyunyan komissiyaya olduqca vacib məlumat verib. O, hətta qeyd edib ki, Serj Sarkisyanın dəvət olunmasını və rədd cavabı verilməməsini gözləyir.
Komissiya təqaüddə olan hərbi qulluqçulardan gizli məlumatların alınması hüququnun verilməsi məsələsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.
Alpər Mövludoğlu
Ordu.az