Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində Aprel döyüşlərin detallarını araşdıran İstintaq Komissiyasının iclasından sonra jurnalistlərlə söhbəti zamanı komissiyanın sədri Andranik Köçəryan Balasanyanın komitə iclaslarına dəvət olunmağına dair verilən sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, Balasanyan çoxdan tərxis edilib və o, Aprel döyüşlərindən sonra qondarma qurumun “təhlükəsizlik şurasının katibi” təyin olunub.
“O, həmin vaxt Silahlı Qüvvələrin əməlliyyatlarında hər hansı məsuliyyət daşımayıb, buna baxmayaraq bildirib ki, aprelin 2-də cəbhə xəttinə gedib və hüququ olmayan əmrlər verib. Bu, daha çox ordu rəhbərliyi ilə heç bir əlaqəsi olmayan PR əməliyyatlarına bənzəyir”, - deyə Köçəryan bildirib.
O qeyd edib ki, əgər Vitali Balasanyan Aprel döyüşləri ilə bağlı böyük məlumata sahib olduğunu israr etsə, əlbəttə, komissiya araşdıracaq və uyğun olduğunu görsə, onu dəvət edəcək.
“Balasanyan və o dövrün komandirləri bir çoxlarının cəbhə xəttinə getməsi və kömək etməsi kimi öz dəstəyini ifadə edə bilərdilər. Burada kömək ediləsi çox şey var. Lakin indi, deyəsən, Qarabağ-Ermənistan intriqaları mərhələsinə daxil olmuşuq və bu, ordunun maraqlarından çıxış etməklə komissiyaya düzgün və obyektiv məlumat verməli olan insanlara mane ola bilər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az