Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Aram Xaçatryan deyib.
Qondarma qurumun “təhlükəsizlik şurasının sabiq katibi” Vitali Balasanyanın bir neçə gün bundan öncə verdiyi “Baş nazir və “Sasna Tsrer” bir terror qruplaşmasıdır, biri silahla, digəri qələmlə hakimiyyəti ələ keçirib” bəyanatı Ermənistan hakimiyyətini narahat edib və qəzəbləndirib.
“Mən bilmirəm ki, bu cür bəyanatlarla çıxış etməyə onu nə vadar edir... Ehtiyatlı olmağı məsləhət görərdim ki, dərhal başına ağır bir şey düşməsin”,- deyə Xaçatryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az