Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ona qarşı ittiham irəli sürülüb.
Manukyan Ermənistan Müdafiə Nazirliyinin Artik Hərbi Komissarlığının Hərbi Xidmətə Çağırış şöbəsinin müfəttişi olmaqla, 2012-ci il yaz hərbi çağırışı zamanı, Tibb Komissiyasının iclasından sonra Şirak vilayətinin Talıboğlu (Lusakert) kənd sakini Anuşavan Karapetyana yaxınlaşıb və müəyyən məbləğ qarşılığında onu hərbi xidmətdən azad etmək üçün prosesə başlamağı təklif edib.
Manukyan rüşvət almaq bəhanəsilə Anuşavan Karapetyandan 1 175 164 erməni dramı dəyərində 2800 ABŞ dolları alıb.
Əsgər Anuşavan Karapetyan da müttəhim kürsüsünə dəvət olunub. O, 2012-ci ildə Çalmaxçı (Nork) Psixoloji Tibb Mərkəzi ərazisində Manukyana 2800 ABŞ dolları pul verdiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az