Erməni polkovnikə sui-qəsd cəhdindinin detalları məlum olub

2019/10/15544-1570702063.jpg
Oxunub: 1494     20:17     11 Oktyabr 2019    
Oktyabr 8-də İrəvan Məhkəməsinin Şengavit iqamətgahında 2019-cu il aprelin 5-də polkovnik Coni Samsonyana qarşı sui-qəsd cəhdində ittiham olunan Harutyun Sarkisyanın məhkəməsi davam edib.

İttihama görə, Harutyun Sarkisyan 2019-cu il aprel 5-də saat 20:00 radələrində qanunsuz əldə etdiyi, keçmiş SSRİ-nin 1941-ci il tarixli istehsalı olan 7.62 mm “Naqan” tipli tapançadan xidməti fəaliyyəti ilə əlaqədar polkovnik Coni Samsonyanı öldürmək niyyəti ilə iki atəş edib. Lakin, zərərçəkmiş şəxsin müqaviməti ilə qarşılaşmaqla, öz iradəsindən asılı olmayan şəraitdə cinayəti başa çatdıra bilməyib. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 2 maddə üzrə ittiham irəli sürülüb.

Təqsirləndirilən Harutyun Sarkisyanın sözlərinə görə, polkovniki öldürmək istəməyib, ancaq qorxutmaq istəyib. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində sürücü- vəzifəsindən kənarlaşdırılması faktı onun belə bir addım atmasına səbəb olub.

“Birinci ittiham üzrə günahımı etiraf etmirəm, amma ikinci ittiham üzrə günahımı etiraf edirəm. Bəli, 29 il diqqətlə qoruduğum, hətta Aprel döyüşündən özümlə apardığım qanunsuz bir silahım olub. Qanunsuz silah saxlamaqda günahkar olduğumu, qətl cəhdində isə günahkar olmadığımı bildirirəm, çünki məhkəmə zamanı ortaya çıxacaq hallar var. Onu öldürmək istəsəydim, mütləq öldürərdim”, - deyə təqsirləndirilən Sarkisyan məhkəmədə bəyan edib.

Məhkəmənin təklifi ilə zərərçəkən polkovnik Coni Samsonyan ifadə verib. O, qeyd edib ki, hadisədən əvvəl digər hərbçilər kimi, həm də Sarkisyanla Daxili Nizamnamə tələrbləri çərçivəsində münasibətləri olub.

“Xüsusilə hadisədən bəri başqa şəxsi münasibətlərim olmayıb. Ona qarşı hələ də heç bir düşmənçiliyim yoxdur”, - deyə o qeyd edib.

Samsonyan bildirib ki, Harutyun Sarkisyanla bağlı Ermənistan MN-də 2 xidməti araşdırma aparılıb. Sürcü fəhlə olan Sarksiyanı işdən azad etmə səbəbini də açıqlayıb.

“Bir gün tabor komandiri vəzifələrini müvəqqəti icra edən, məruzə etdi ki, daha Sarkisyanın davranış təzini həzm edə bilmir, onun hərəkətlərinə dözə bilmir. Saat 12:30-da sürücülərə sıra baxışı keçiriləcəyinə dair əmr verdiyini deyib. Sıra baxışı zamanı təqsirləndirilən Sarkisyan sıraya gəlməkdən imtina edib. Yəni, əmri icra etməyib. Baş vermiş hadisə ilə bağlı xidməti araşdırma aparılması üçün raport yazmasına dair göstəriş verdim. Xidməti araşdırma aparılıb və məruzə olunub ki, taqım komandiri də Sarkisyanı mənfi xarakterizə edib. Hər dəfə vuraram, gedib həbsə girərəm, itirəcək heç bir şeyim yoxdur, deyə hədələdiyi qeyd edilir. Həmçinin, cibində 9 sm ölçüsündə olan bıçaq gəzdirməsi də məruzə olunub. 1 il əvvəl keçirilən xidməti araşdırmanı da yenidən gözdən keçirdim və gördüm ki, yenə də mənfi xasiyyətnamə verilib.

Xidməti araşdırma zamanı məlum oldu ki, Sarkisyan bölüyü daim təhqir edib. Bir gün birini vuracaq, gedib hamımızı məhkəməlik olacağıq deyə, tədbir görməli oldum. Əmək məcəlləsinə əsasən, qulluqçuya etimadsızlıq göstərməyə haqqım var. Qeyd edilən maddə üzrə onu silahlı qüvvələrdən tərxis etmişəm”, - deyə Samsonyan qeyd edib.

Zərərçəkən aprelin 5-də baş verən hadisəni də məhkəməyə danışıb.

“Həmin gün evdən nisbətən gec cıxdım. Liftdən çıxdım, bir nəfər arxadan səsləndi ki, dayan ara, dilənçi olduğunu düşündüm. Yoluma davam etdim, həmin anda söyüş və təhqirlər başladı, geri döndüm və eyni anda tapançanı çıxartdı. Silahı üstümə tuşlayaraq, çök deyə əmr etdi. Mən irəli gələn məqamda üzərimə atəş edərək, ayağımdan vurdu. Daha sonra irəliləyərkən qarnımdan vurdu. Növbəti addımla ona çatdım, silahı tutdum, tətiyin arxasına barmağımı keçirməklə atəş etməsinə imkan vermədim. Daha sonra bir-birimizi çəkişdirdik, onu tutdum və hüquq mühafizə orqanlarının nümayəndələri gələnə qədər tutub saxladım. Qeyd edim ki, maskada olan cinayətkarı, ona yaxınlaşanadək tanımamışdım. Daha sonra qonşular, sürücü və şahidlər yaxınlaşdırlar. Polis əməkdaşları gəlincə o, deyirdi ki, arxayın ol, onsuzda mən vurub gedib təslim olacaqdım”, - deyə Samsonyan bildirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, polkovnik hərbi hissədə evlilik üzüyündən başqa üzük taxmağa icazə vermir. Üzük onun “talismanı” olduğuna görə bu hərəkətin xətrinə dəydini bildirib.

Zərərçəkən isə hərbi hissədə təhlükəsizlik baxımdan yalnız evlilik üzüyünü taxmağa icazə verildiyini bildirib.

“Bu evlilik üzüyü deyildi, üzüyün 2 sm dairəsi vardı”, - deyə o qeyd edib.

Məhkəmənin növbəti iclasında şahidlərin dindiriləcəyi bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Sui-Qəsd   Cinayət  

Erməni polkovnikə sui-qəsd cəhdindinin detalları məlum olub

2019/10/15544-1570702063.jpg
Oxunub: 1495     20:17     11 Oktyabr 2019    