Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “1 Mart” işi üzrə rəsmi səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı etmə və cinayət işini gizlətməkdə ittiham olunan Ermənistanın sabiq Polis rəisi Alik Sarkisyan Xüsusi İstintaq Xidməti tərəfindən ona qarşı irəli sürülmüş ittihamla razılaşmır.
Alik Sarkisyanın vəkili Hayk Alumyan bildirib ki, o, günahını etiraf etmir və ittihamla razılaşmır.
Vəkil iş haqqında detalları şərh etməkdən imtina edib.
“Biz orada kimin nə ifadə verdiyini bilmirik, hələ ki, şərh verə bilmərik”, - deyə vəkil qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az