Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq deputatı, “Akunk” siyasi təhlil mərkəzinin direktoru, politoloq Ruben Hakobyan Valeri Osipyanın Paşinyanın baş müşaviri vəzifəsindən istefa verməsi məsələsinə toxunarkən bildirib.
Onun sözlərinə görə, Paşinyan Osipyanı öz yanında saxlamaq istəyirdi ki, əgər Osipyanın Baş nazirlə bağlı açıqlaya biləcəyi hər hansı bir şeylər varsa, deməsin.
“Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın nümunəsini nəzərdə tuturdu”, - deyə Hakobyan bildirib və əlavə edib ki, Osipyanın qərarını alqışlayır, çünki “zorakı” yolla bu vəzifədə qalmaq onun şəxsiyyətini nüfuzdan salacaqdı.
Alpər Mövludoğlu
Ordu.az