Qriqoryan və 22 gün zəncirdə saxlanılaraq işgəncə verilən erməni hərbi qullquçu ilə üzləşədiriləcək

2019/10/Untit-1570615687.jpg
Oxunub: 1850     20:07     09 Oktyabr 2019    
Bu gün Kotayk vilayət məhkəməsi general Manvel Qriqoryan tərəfindən işgəncəyə məruz qalan Aşot İsaxanyanın şərti azadlığa buraxılması ilə bağlı müraciətinə baxılacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Penitensiar idarə “Sevan” cəzaçəkmə müəssisəsi məhbusun ərizəsinə müsbət cavab verib.

Keçmişdə məhbus İsaxanyan 5 dəfə şərti azadlığa buraxılması üçün müraciət edib, lakin bütün şikayətləri rədd edilib. Onun cəzasının başa çatmasına 1 il 3 ay qalıb. Ancaq o, daha tez azadlığa qovuşmaq niyyətindədir.

Xatırladaq ki, Aşot İsaxanyan general Manvel Qriqoryanın 2000-ci ildə 22 gün saxlanıldığı və pul problemi üzündən işgəncə verildiyini iddia edən keçmiş hərbçidir.

İsaxanyan bu ilin iyun ayında məhkəmə iddiası qaldıraraq, Manvel Qriqoryanın işində zərərçəkmiş olduğunu bildirib, çünki Qriqoryan onu 22 gün “podvallar”da tutub saxlayıb, işgəncə verib və hədələyib.

Hələ iyun ayında İsaxanyan Ermənistanın “Araçin Lratvakan” xəbər portalına başına gələnlərin təfərrüatları haqqında danışıb. O, “Cut” ləqəbli Manvel Qriqoryanın sağ əli hesab olunan şəxs tərəfindən döyüldüyünü yaxşı xatırladığını bildirib.

“Məni döyməyə başladılar, sonra torbanı başıma keçirtdilər və məni podvala apardılar. Məni zəncirlə boynumdan bağlayıb bu şəkildə 22 gün saxladılar. Bu müddətdə gündə bir neçə dəfə döydülər, içdilər, sərxoş oldular və məni döydülər. Manvel Qriqoryan özü stolun ayaqlarını sındıraraq döydü”, - deyə o qeyd edib.

O bildirib ki, onun saxlanıldığı yerdə Manvel Qriqoryanın dəstəsi ilə bərabər döyüşçülərdən birini asaraq, daha sonra intihar etdiyi barədə şayiələr yayıblar.

“Daha sonra Manvel məni öldüməli olduğuna dair qərar verdi. Əmin idim ki, vuracaq, amma həmin anda ona zəng gəldi. Sonra məni elə zəncirli halda ayı çərçivəsinə saldılar. Üç gün eyni kamerada bir ayı vardı və mən ondan cəmi yarım metr məsafədəydim”, - deyə İsaxanyan bildirib.

Bu məlumatdan sonra cinayət işi açılıb və məhkum edilmiş keçmiş erməni hərbçi zərərçəkmiş kimi tanınıb.

İsaxanyanın dostlarından biri bildirib ki, tezliklə Aşot İsaxanyan və Manvel Qriqoryan ilə qarşıdurma da daxil olmaqla yeni istintaq hərəkətləri gözlənilir.

“Bu işə Ombudsman və prokuror da cəlb olunub. Hüquqi baxımdan hər şey normaldır – iddia var, cinayət var və cinayətkar məsuliyyətə cəlb edilməlidir. Manvel Qriqoryan da məsuliyyət daşıyanlar arasında olmalıdır. Keçmiş döyüşçünü bu hala salıb cəzasız qalmaq nə deməkdir? Sonra da bunun başına oyun açıb aparıb, içəri soxdurdular. General azadlıq döyüşçüsünə qarşı belə bir şey edə bilməz. Buna görə biz onu general hesab etmirik. Biz onu “Kraz” sürücüsü hesab edirik”, - deyə İsaxanyanın dostu vurğulayıb.

Yeri gəlmişkən, Aşot İsaxanyanın iyun ayında müsahibəsində Manvel Qriqoryan səbəbindən hələ də həbsdə olduğu məlum olub.

“Başıma iş açdılar həmdə ilk dəfə deyil. İlk dəfə həbsdən sonra yenidən çıxdım, təqibimi davam etdirdilər, yenə qurma iş açdılar. 24 yaşında gənc oğlan idim və bu şəkildə tələyə düşdüm”, - deyə o bildirib.

O qeyd edib ki, bu adam türməyə qədər gedib çata bilirdisə, deməli ondan hər şey gözləmək olardı.

“Adamları qalaya gəldi və sözün həqiqi mənasında dedi ki, əgər həbsxanada ölmək istəmirsənsə, deməli, dediklərimizi etməlisən, vəssalam. Hüquq mühafizə orqanlarına müraciət etməyimi söyləyirsiniz? Həmin Manvelin oğlanları polis podpolkovniki ilə birlikdə türməyə gəlmişdilər. Gəlib mənə dedilər ki, Manvel Qriqoryan onları göndərib və dediklərini etməsəm qalada öləcəm. Ona görə də öz üzərimə götürdüm. Şikayət edə bilməzdim, çünki həmin vaxtda respublikaçı itləri hakimiyyətdə idilər. Manvel, Toxmaxlı Mher, Şmays kimilərdən ibarət bir quldur dəstəsi yaradıb. Heç kimin ayağını tapdamadığı bu dəstə bunlardan ibarət idi. İndi yeni bir hakimiyyət olduğuna görə mən də danışıram. Mənə işgəncə verdilər, ayaqlarımı qırmızı niva arxasına bağladılar və məni “Yerkrapah” həyəti boyunca sürüdülər”, - deyə keçmiş hərbi qulluqçu İsaxanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qriqoryan   İşgəncə  

Qriqoryan və 22 gün zəncirdə saxlanılaraq işgəncə verilən erməni hərbi qullquçu ilə üzləşədiriləcək

2019/10/Untit-1570615687.jpg
Oxunub: 1851     20:07     09 Oktyabr 2019    