Bakıda çağırışçılar hərbi xidmətə yola salınıb

2019/10/1570558519.jpg
Oxunub: 1332     18:14     08 Oktyabr 2019    
Yasamal rayonunda çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) Ordu.az -a bildiriblər ki, Xidmətin Yasamal Rayon İdarəsinin şəxsi heyətinin, gənclərin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, ziyalıların, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, Qarabağ veteranları və valideynlərin iştirakı ilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adını daşıyan parkda keçirilən mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən SHXÇDX-nin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesinin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasında yer almasının aparılan məqsədyönlü siyasətin, görülən ardıcıl tədbirlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini, gənclərin müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi ilə yola düşdüklərini bildirib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev çağırışçıların vətənimizin keşiyində ayıq-sayıq dayanmalarının, hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb.

Şəhid atası İlham Hacıağayev çıxışında hər bir azərbaycanlının Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə güvəndiyini vurğulayıb. Tezliklə Azərbaycan bayrağının Xankəndində, Şuşada və işğal altındakı digər tarixi torpaqlarımızda dalğalanacağına inam ifadə edib.

Tədbirin sonunda çağırışçı gənclər üçrəngli bayrağımıza ehtiramlarını ifadə edərək ordu sıralarına yola düşüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Bakıda çağırışçılar hərbi xidmətə yola salınıb

2019/10/1570558519.jpg
Oxunub: 1333     18:14     08 Oktyabr 2019    