Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Ölkə başçısı və birinci xanım Mehriban Əliyeva “Qobu Park-2” yaşayış kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış olublar. Qeyd olunub ki, kompleksdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var. Bütün mənzillər zəruri inventarla təchiz edilib.
Sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirildi ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz edilib.
Ordu.az