“Məsləhət verməyin” incitməmək metodu: Ermənistan dövləti öz generalını döyür

2019/10/f483a-1570527511.jpg
Oxunub: 8125     16:07     08 Oktyabr 2019    
Bazar günü səhər Ermənistan Respublikaçılar partiyası siyasi şurasının üzvü, sabiq Daxili İşlər naziri, general Suren Abrahamyan öz evi yaxınlığında döyülüb.

Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, saat 10:30 radələrində Abrahamyan öz evindən çıxarkən binanın çıxışının yanında arxadan vurulan zərbə nəticəsində yerə yıxılıb.

Şahidlərin sözlərinə görə, bundan sonra iki nəfər generalı ayaqları ilə döyməyə başlayıb. Generalı döyənlər təcili yardım maşının gəldiyini gördükdə qaçıblar.

Həmin şəxslər sabiq Daxili İşlər nazirini təxminən üç dəqiqə döyüblər və yalnız bir söz deyiblər: “Gedərsən, üzr istəyərsən”.

Abrahamyan və Respublikaçılar partiyası əmindirdir ki, bu hücum sabiq Daxili İşlər nazirinin “əgər müxalifət Ermənistan Respublikaçılar Partiyası daxilində kriminal axtarırsa, o zaman Baş nazirdən başlamalıdır” bəyanatına cavabdır.

“Mən bu hücumu birmənalı olaraq həmin bəyanatımla bağlayıram və Abdranik Marqaryanı günahlandırıram. Qoy bu hücumun üstünü açsınlar və ona məlum olsun ki, onun düşməni Suren Abrahamyan yox, öz yanında dayanmış insanlardır”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   General   Döyülmə  


Bizi "telegram"da izləyin