Xanlar Vəliyev Rusiyanın Baş Hərbi prokuroru ilə görüşüb - FOTOLAR

2019/10/77-1570527290.jpg
Oxunub: 1735     13:34     08 Oktyabr 2019    
Rusiya Baş prokurorunun müavini - Rusiyanın Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Petrovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Baş prokurorunun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi heyətlə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunmaqla, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində Azərbaycan Hərbi Prokurorluğunda Rusiyanın Baş Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında rəsmi görüş keçirilib.

Bundan sonra, hər iki dövlətin Hərbi Prokurorluqlarının nümayəndə heyətlərinin iştirakı ilə Brifinq keçirilib. X. Vəliyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlər üzrə istintaqın aparılması və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb, 5 may 2005-ci il tarixdən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroruna həvalə edilməklə, Azərbaycan Hərbi Prokurorluğuna tapşırılıb.

Rusiyanın Baş Hərbi prokuroru öz adından və rəhbərlik etdiyi nümayəndə heyətinin adından onlara göstərilən yüksək diqqətə görə Respublika Hərbi prokuroru X. Vəliyevə dərin minnətdarlığını bildirib.

Görüşdə, həmçinin, hüquqi sahədə həm ikitərəfli, həm də beynəlxalq səviyyədə qarşılıqlı səmərəli fəaliyyət, o cümlədən hüquqi əməkdaşlıq sahəsində mövcud münasibətlər və onlardan irəli gələn hüquq və vəzifələr müzakirə edilib.

Ardınca nümayəndə heyəti Azərbaycan Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə, onun nəzdində fəaliyyət göstərən “Soyqırım” Memorial Muzeyinə dəvət edilib, qonaqlara muzey, eləcə də orada saxlanılan və tarixi həqiqətləri özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Xanlar Vəliyev Rusiyanın Baş Hərbi prokuroru ilə görüşüb - FOTOLAR

2019/10/77-1570527290.jpg
Oxunub: 1736     13:34     08 Oktyabr 2019    