Ordu.az xəbər verir ki, hesabatda rəsmi və qeyri-rəsmi mənbələrdən alınmış məlumatlar təqdim edilib.
Ofisinin məlumatlarına görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Ermənistan silahlı qüvvələrində 35 ölüm hadisəsi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən il bu müddət ərzində 50 hal qeydə alınıb.
35 hadisədən 11-i avtomobil qəzası, 8-i sağlamlıq problemləri, 4-ü qətl, 8-i intihar və ya intihar həddinə çatdırma, 3-ü təxribat, 1-i isə bədbəxt hadisə nəticəsində baş verib.
2018-ci illə müqayisədə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində baş vermiş intihar hallarının sayı eynidir. 35 ölüm hadisəsindən 24-ü Ermənistan ərazisində, 10-u işğal altında olan Qarabağda, 1-i isə naməlum ərazidə qeydə alınıb. Bu hadisələrdən 23-ü haqqında rəsmi məlumat verilib.
6 hadisə haqqında məlumat yalnız KİV-lərdə yayılıb. 6 hadisə haqqında isə nə rəsmi mənbələrdə, nə rəsmi şəxslərin sosial şəbəkə səhifələrində, nə də KİV-lərdə ümumiyyətlə məlumat verilməyib.
Bunlar haqqında Ermənistan Mərkəzi Hərbi Prokurorluğundan sorğulara cavab olaraq məlumat verilib. İlkin rəsmi məlumatlara görə, 35 hadisədən 15-i hərbi xidmətlə bağlıdır. 23 hadisə haqqında cinayət işi açılıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.
Alpər Mövludoğlu
Ordu.az