Ordu.az bunu erməni KİV-lərinə istinadən xəbər verir.
Sasun Mikaelyan və Paşinyanın əlaqələri uzun müddətdir ki, gərgindir. Səbəb nə Vanetsyanı müdafiə edən bəyanat, nə də Andranik Köçəryanın əvəzinə Arpine Hovhannisyandan üzr istəmək məsələsidir.
Son aylarda Sasun Mikaelyanın çəkisinin azaldılması istiqamətində proses gedir. Bu, xüsusilə onun vasitəçiliyi ilə vəzifə və ya mandat almış şəxslərin uzaqlaşdırılması, zərərsizləşdirilməsi yolu ilə edilir.
Qeyd edək ki, hələ iyun ayında 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Sasun Mikaelyanın vasitəçiliyi ilə Məcburi Məhkəmə Aktlarının İcrası Xidmətinin rəisi təyin olunmuş Hakob Hakobyan vəzifəsindən azad olunub.
Alpər Mövludoğlu
Ordu.az