“Ermənistanda baş verən indiki dalğalanmalar Rusiyanı sevindirmir” – Tarasov

2019/04/maxre-1554105156.jpg
Oxunub: 25323     15:00     05 Oktyabr 2019    
“Putin şəxsi və dövlətlərarası münasibətlər arasında dəqiq bir fərq qoydu, Paşinyana münasibətinin Ermənistanla Rusiya arasındakı münasibətlərə təsir etmədiyini başa saldı, işin bir iş olaraq qaldığını göstərdi”.

Ordu.az erməni Kİv-lərinə istinadən xəbər verir ki, bunu “Regnum” agentliyinin köşə yazarı, rusiyalı politoloq Stanislav Tarasov Rusiya Prezidenti Vladimir Putinin İrəvana işgüzar səfərinə toxunarkən bildirib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası çərçivəsində Ermənistana səfər edən Putinin “ev sahibi” ilə görüşünü günün sonunadək təxirə saldığı subyektiv bir məqam var və ziyarət edən lider hər şeydən əvvəl “ev sahibi” ilə görüşür.

“O, həmin görüşü sona saxladı və simvolik göstərici olan Paşinyanla görüşdükdən sonra Bella Köçəryanla görüşdü”, - deyə Tarasov qeyd edib.

Jurnalistin “Vladimir Putin-Bella Köçəryan görüşünün məqsədi nədir?” sualına ekspert cavab verib ki, Putin bu görüşlə həmrəyliyini ifadə edib.

“Putin cəzaçəkmə müəssisəsinə getmədi, elə deyilmi? Bu həddindən artıq kəskin atılan addım olardı. O, Bella Köçəryanı qəbul etdi. Biz Köçəryanın işinə Ermənistanın daxili işi kimi baxırıq, heç bir istək olmayacaq, amma Ermənistan bizim üçün ağrılı və vacib tərəfdaşdır, buna görə də Ermənistandakı hadisələri bu qədər yaxından qəbul edirik. Ancaq Ermənistanda baş verən indiki dalğalanmalar Rusiyanı sevindirmir”, - deyə o qeyd edib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Valday” klubunda verdiyi açıqlamadan danışarkən Tarasov bildirib ki, Lavrov bu açıqlamanı, İrəvana işgüzar səfərindən sonra Putinin göstərişləri ilə verib.

“İrəvanda baş verənlər haqqında isə yəqin daha çox məlumatınız var. Axı Putin İrəvanda Bella Köçəryanla görüşüb, ardından Paşinyanla görüşü baş tutub. Moskvanın etdiklərində dünya siyasətinin daha səmimi işarələri var, burada artıq heç bir şey yoxdur. Keçmiş prezidentləri təqib etməməli, ölkənin problemləri ilə məşğul olmalı, layihələr hazırlamalı, ölkəni inkişaf etdirməli, ölkəni keçmişinə sürükləmədən inkişaf etdirilməli olduğuna işarə edilir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Tarasov  


Bizi "telegram"da izləyin