Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Cermukda Paşinyanın bəyanatı ətrafında müzakirə zamanı cermuklu aktivist Şirak Buniatyan bildirib.
Müzakirədə təkcə cermuklular yox, eləcə də İrəvan və başqa şəhərlərdən Cermuka gəlmiş vətəndaşlar da iştirak ediblər.
İştirakçılarından biri bildirib ki, hər kəs gənc nəslin sağlam gələcəyi üçün mübarizə aparır, mədən istismar edilməyəcək, çünki biz mübarizədə can vermişik. Buniatyan oraya toplaşanlara sual ünvanlayıb ki, bizim geriyə dönüş yolumuz var? “Yox, yox”,- deyə sakinlər cavab veriblər.
“İnqilab yolu ilə hakimiyyətə gələnlər xalqın əleyhinə qərarlar qəbul edə bilməzlər”, - deyə Buiatyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az