Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ixtisarlar əsasən ordu təmin edən məhsulların alınması prosesi ilə bağlıdır.
Məlumata görə, Tonoyan məhsulların alınması prosesində dövlət rəsmiləri ilə əlaqəli olan şəxslər sxeminə son verməyə çalışıb.
Qeyd edilir ki, bir neçə gün bundan öncə ordunun zəruri məhsullarla təmin edilməsi və müqavilə imzalanması prosesi bir az gecikib. Ermənistan MN-dən bəzi rəsmi şəxslər bir sıra böyük provayderlərə deyiblər ki, orduya zəruri olan məhsulların alınması üçün yeni tender elan olunacaq və onlar bu tenderdə qalib gələcəklər.
Tonoyan bundan xəbər tutub və buna görə bir rəsmi şəxs işindən azad olunub.
Alpər Mövludoğlu
Ordu.az