Düşmən obyektlərinə nümunəvi basqın məşğələsi - FOTOLAR
Oxunub: 14362
12:54
10 Sentyabr 2019
Beyləqanda keçirilən “Hərbiyyə - 101” düşərgəsi davam edir.
Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, düşərgənin 5-ci günü kəşfiyyat qrupları tərəfindən düşmən obyektlərinə nümunəvi basqın məşğələsi keçirilib. Düşmən obyektlərinin mühafizəçiləri zərərsizləşdirilib, kəşfiyyatçılar bir nəfəri əsir götürərək qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetiriblər.
Bundan başqa, yaşayış məntəqələrində xüsusi təyinatlı qrupların fəaliyyəti üzrə nümunəvi məşqlər təqdim olunub.