Ordu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün Yevlax Aeroportunda pilotlarla uçuş öncəsi brifinq başa çatdıqdan sonra təlimin növbəti mərhələsinə start verilib.
Xatırladaq ki, “TurAz Qartalı - 2019” birgə taktiki təlimləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilir.
Sentyabrın 2-dən start götürən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.
Sentybarın 16-ı yekunlaşacaq təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.
Daşqın Güneyli
Ordu.az